İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.
AzerTimes xəbər verir ki, nazir təbrikini Tvitterdə çatdırıb.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — milli birliyimizi, həmrəylik amalını, qətiyyət və bölünməzlik kimi ümumbəşəri dəyərləri təcəssüm etdirir. Bu əlamətdar tarix münasibətilə səmimi təbriklərimizi çatdırır, firavanlıq və sülh arzulayırıq”, – deyə o qeyd edib.