Rusiyaya qarşı sanksiyalar Avropa üçün çox baha başa gəlir, onlardan yalnız ABŞ faydalanır.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
“Əslində nə baş verib? ABŞ-ın Avropa bazarlarına neft-qaz tədarükü artıb. Bütün bunlar inflyasiyanın artması və Avropa müəssisələrinin rəqabət qabiliyyətinin azalması bahasına başa gəlib. Həm o tədbirlər, həm “Şimal axını”nda baş verən partlayışlar, həm də bütün bu sanksiyalar daha baha olan maye qazın ABŞ-dan tədarükü üçün edilib. ABŞ-a yaxşı, Avropaya pis”, – Siluanov bildirib.