İŞİD üzvləri İraqın Diyala əyalətində yerləşən Bu-Bali kəndinə hücum ediblər.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata əsasən, terrorçuların hücumu nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Kənd ərazisinə İraq təhlükəsizlik qüvvələrinin əlavə bölmələri cəlb edilib.
Digər təfərrüatlar barədə məlumat verilmir.