Meksikada polis helikopteri qəzaya uğradı: ölənlər var

Meksikada polis helikopteri qəzaya uğradı: ölənlər var

Meksikada regional polisə məxsus helikopter Aquaskalyentes ştatının Xesus-Mariya bələdiyyəsində qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə “La Jornada” qəzeti məlumat yayıb.

Qəza nəticəsində göyərtədə olan 4 polis əməkdaşı, o cümlədən ictimai təhlükəsizlik idarəsinin rəhbəri Porforio Sançes həlak olub.

Qəzanın səbəbləri araşdırılır.

Teqlər: