Hulusi Akar NATO rəhbəri ilə görüşdü

Hulusi Akar NATO rəhbəri ilə görüşdü

Türkiyə milli müdafiə naziri Hulusi Akar və NATO rəhbəri Yens Stoltenberq arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, Akar və Stoltenberq Şəhidlər Abidəsini və Gelibolu yarımadasını ziyarət etdikdən sonra bir araya gəliblər.

Tərəflər görüş zamanı müdafiə və təhlükəsizlik, alyans məsələlərini müzakirə ediblər.

Akar bundan sonra da Türkiyənin NATO-dakı öhdəliklərini yerinə yetirəcəyini bildirib.

Stoltenberq rəhbəri Türkiyənin NATO-da önəmli bir müttəfiq olduğunu söyləyib, taxıl dəhlizinin yenidən açılmasında oynadığı roldan dolayı təşəkkürünü çatdırıb.

Teqlər: