İran Rusiyaya ballistik raketlər verir?

İran Rusiyaya ballistik raketlər verir?

Hazırda İrana məxsus ballistik raketlərin Rusiyaya gətirilməsi ilə bağlı heç bir dəlil yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusov deyib.

A.Yusov bildirib ki, Ukrayna kəşfiyyatında yalnız Rusiya ilə İran arasında ballistik raketlərin tədarükünə dair müqavilələrin bağlanması ilə bağlı məlumatlar mövcuddur. Bağlanmış müqavilələr haqda məlumatlar təsdiq də olunub:

“Mindən artıq silah partiyasının tədarükünün baş tuta biləcəyinə dair təsdiqlənmiş məlumatlar var. Bunlar arasında təkcə raketlər yox, həm də, müxtəlif növ silahlar var. Hazırda biz tədarük ediləcək növbəti partiyadan danışırıq. Bunlar arasında 200 ədəd pilotsuz təyyarələr də var”.

Teqlər: