ABŞ Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Yeni hərbi yardım paketinə 45 T-72 tankı, 250 M1117 zirehli transportyoru, 40 zirehli qayıq, 1100 “Phoenix Ghost” pilotsuz uçuş aparatı daxildir.