Xersonda 24 saatlıq komendant saatı elan edildi

Xersonda 24 saatlıq komendant saatı elan edildi

Ukraynanın Rusiya nəzarətində olan Xerson vilayətində günboyu komendant saatı elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Xersona təyin etdiyi administrasiya rəhbərinin müavini Kirill Stremoussov deyib.

“Xersonda 24 saatlıq komendant saatı elan edilib. Bu, yalnız ona görədir ki, öz şəhərimizi qoruyaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya lideri Vladimir Putin döyüş zonalarından əhalinin köçürülməsi ilə bağlı təlimat vermişdi.

Teqlər: