Əliyev: Azərbaycan İslam həmrəyliyinə töhfə verir

Əliyev: Azərbaycan İslam həmrəyliyinə töhfə verir

Azərbaycan İslam həmrəyliyinə töhfə verir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib.

“Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi bir inkişaf dinamikası var. 2006-cı ildən Azərbaycan təşkilatın müşahidəçi qismində üzvüdür. Bizim Liqaya daxil ölkələrlə də yaxşı münasibətlərimiz var. Ümidvaram ki, yaxın gələcəkdə bu əməkdaşlığın yeni üfüqləri inkişaf edəcək. Biz, xüsusilə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə önəm veririk”, – Prezident qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında güclü mövqeyə malikdir.

Teqlər: