Yevlaxda ağır qəza: ölən var

Yevlaxda ağır qəza: ölən var

Yevlax rayonunun Malbinəsi kəndində iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, sərnişinlərdən biri aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər- Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Nizami Cabbarov, 1988-ci il təvəllüdlü Pərvin Məhərrəmov və bir nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: