İtaliya sərhədlərini Avropa ölkələri üçün açdı

İtaliya sərhədlərini Avropa ölkələri üçün açdı

İtaliya bu gündən etibarən Avropa ölkələrindən gələn turistlər üçün sərhədləri açır.

Hökumət Avropa İttifaqı ölkələri, Şengen zonasının 4 ölkəsi – İslandiya, Norveç, Lixtenşteyn və İsveçrə, habelə Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələnlər üçün tətbiq olunan iki həftəlik karantin qaydasını ləğv edib. Beynəlxalq uçuşlar Milan, Roma və Neapol şəhərlərindən bərpa ediləcək.

İtaliyanın Baş Naziri Cüzeppe Conte beynəlxalq turizmin bərpası ilə ölkənin koronavirusa yoluxma hallarının artım riski ilə üzləşdiyini bildirib. “Biz infeksiya hallarının yenidən artması riski ilə üz-üzəyik. Ancaq bu faktı qəbul etməliyik, əks təqdirdə biz heç vaxt yenidən başlaya bilməyəcəyik” ,- deyə Konte bildirib.