Xaçmazda yük maşını qadının ölümünə səbəb oldu

Xaçmazda yük maşını qadının ölümünə səbəb oldu

Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əli Bəşirova məxsus “Mercedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.