90 minə yaxın şagird avtomatik olaraq birinci sinfə qəbul olunub

Artıq avtomatik olaraq 90 minə yaxın şagird birinci sinfə qəbul
olunub.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və
məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov
deyib.

Onun sözlərinə görə, artıq birinci sinfə qəbul olan şagirdlər
mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə
təqdim etməlidirlər.

“Həmçinin mayın 6-da şəxsi kabinet açaraq məktəb və siniflərini
seçə bilərlər” – deyə o əlavə edib.

Teqlər: