Artıq avtomatik olaraq 90 minə yaxın şagird birinci sinfə qəbul
olunub.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və
məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov
deyib.
Onun sözlərinə görə, artıq birinci sinfə qəbul olan şagirdlər
mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə
təqdim etməlidirlər.
“Həmçinin mayın 6-da şəxsi kabinet açaraq məktəb və siniflərini
seçə bilərlər” – deyə o əlavə edib.