820-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

820-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 820-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 601 təyyarəsi, 274 helikopteri, 24 551 PUA-sı, 523 zenit-raket kompleksi, 16 134 tank və digər zirehli texnikası, 1 310 reaktiv yaylım atəş sistemi, 9 771 artilleriya və minaatanı, 21 935 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: