800 min insan Sudanı tərk edə bilər

800 min insan Sudanı tərk edə bilər

BMT Sudandan olan qaçqınların sayı ilə bağlı proqnoz verib.

AzerTimes xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının köməkçisi Rauf Mazu bildirib ki, onların sayı 800 mindən çox ola bilər.

“Bu insanların yeddi qonşu ölkəyə mühacirət etməsi ehtimalı var. Böhranın tez bir zamanda həlli olmadan, biz getdikcə daha çox vətəndaşın təhlükəsizlik və yardım axtarışında ölkəni tərk etdiyini görməyə davam edəcəyik” – deyə Mazu qeyd edib.

O bildirib ki, artıq 73 min nəfər Sudanı tərk edərək Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya, Efiopiya və Cənubi Sudana gedib.

Teqlər: