Avropa Birliyinin səkkiz ölkəsi rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya məhkəmə sisteminə sanksiyaların tətbiqi ilə bağlı çağırış edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Avropa Birliyinin baş diplomatı Jozep Borrellə göndərilən məktubu Çexiya, Estoniya, Finlandiya, Litva, Latviya, Polşa, İsveç və Rumıniyanın xarici işlər nazirləri imzalayıb.
Həmçinin rəsmilər bu təklifin Niderland, Fransa, İrlandiya və Danimarka tərəfindən də dəstəkləndiyini bildirib.