8 200-dən çox şəhid ailəsi və qazinin məşğulluğu təmin edilib

Xəbər - Humay Ağacanova – Trend:

Şəhid ailələri və qazilərdən ibarət 8 200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O qeyd edib ki, növbəti il üçün qarşıda duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır.

“Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir. Vacib məsələlərdən biri də mənzillərdir. Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır” – deyə, o bildirib.

Teqlər: