797-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

797-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 797-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 593 təyyarəsi, 270 helikopteri, 23 619 PUA-sı, 509 zenit-raket kompleksi, 15 888 tank və digər zirehli texnikası, 1 275 reaktiv yaylım atəş sistemi, 9 216 artilleriya və minaatanı, 21 396 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: