788-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

788-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 788-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 592 təyyarəsi, 270 helikopteri, 22 289 PUA-sı, 508 zenit-raket kompleksi, 15 816 tank və digər zirehli texnikası, 1 269 reaktiv yaylım atəş sistemi, 9 008 artilleriya və minaatanı, 21 205 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: