781-ci gün: Rusiyanın itkiləri yeniləndi

781-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 781-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 453 650 hərbçi, 7 174 ədəd tank, 13 765 ədəd zirehli döyüş maşını, 11 552 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 758 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 459 ədəd avtomobil texnikası, 9 235 ədəd PUA, 2 089 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 905 xüsusi avadanlıq itirib.

Teqlər: