779-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

779-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 779-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 583 təyyarəsi, 270 helikopteri, 20 604 PUA-sı, 500 zenit-raket kompleksi, 15 761 tank və digər zirehli texnikası, 1 266 reaktiv yaylım atəş sistemi, 8 836 artilleriya və minaatanı, 20 910 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: