770-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

770-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 770-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 581 təyyarəsi, 270 helikopteri, 18 538 PUA-sı, 495 zenit-raket kompleksi, 15 684 tank və digər zirehli texnikası, 1 262 reaktiv yaylım atəş sistemi, 8 644 artilleriya və minaatanı, 20 576 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: