736-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

736-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 736-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 715 PUA-sı, 475 zenit-raket kompleksi, 15 286 tank və digər zirehli texnikası, 1 227 reaktiv yaylım atəş sistemi, 8 223 artilleriya və minaatanı, 19 211 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: