729-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

729-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 729-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 572 təyyarəsi, 266 helikopteri, 13 137 PUA-sı, 473 zenit-raket kompleksi, 15 171 tank və digər zirehli texnikası, 1 223 reaktiv yaylım atəş sistemi, 8138 artilleriya və minaatanı, 18 950 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: