718-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

718-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 718-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 196 PUA-sı, 464 zenit-raket kompleksi, 14 959 tank və digər zirehli texnikası, 1 218 reaktiv yaylım atəş sistemi, 8012 artilleriya və minaatanı, 18 469 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: