7 yaşlı şahmatçımız beynəlxalq yarışlardan mükafatlarla qayıdıb (FOTO)

7 yaşlı Əhmədli Mehriban Elmar qızı Rapid va Blitz yarışlarında
iştirak edərək, Azərbaycana mükafatlarla geri dönüb.

Balaca şahmatçımıza yeni-yeni uğurlar diləyir, layiqincə
Azərbacanı daim təmsil etməsini arzulayırıq.

Əhmədli Mehriban Elmar qızı 17.02.2015-ci ildə Bakı şəhərində
anadan olub. Mingəçevir şəhəri 3 saylı tam orta məktəbin rus
bölməsinin 1-ci sinfində təhsil alır. 5 yaşından Mingəçevir şahmat
məktəbinə gedir.

2021-ci ilin oktyabr ay Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü
ilə bağlı Mingəçevir şəhərində 7 yaşlı qızlar arasında keçirilən
yarışda 7 oyunun 7-sinidə qazanaraq birinci yerə layiq görülmüşdür.
2021-ci ilin noyabr ay isə yarışın davamı olaraq Gəncə şəhərində
keçirilən 7 yaşlı qızlar arasında 8 oyunun 8-ni də udub birinci yer
qazanmışdır. 2021-ci ilin dekabr ayında həmin yarışın davamı olaraq
Bakı şəhərində keçirilən 7 yaşlı qızlar arasında 8 oyundan 8-ni də
qazanaraq Azərbaycan çempionu adini qazanmışdır.

7 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatına (Panama
şəhərində) vəsiqə qazanmışdır. Buna baxmayaraq Panamada keçiriləcək
yarışa ölkəmizdən heç kim getməmişdir. Yunanıstan ölkəsinin Rodos
adasında 2022-ci ilin aprel ayında keçirilən Avropa çempionatı
yarışında iştirak etmiş, klassik şahmat yarışı üzrə 7yasli qızlar
arasında 4-cü yerə layiq görülmüşdür.

Rapid va Blitz yarışlarında 8 yaslı qızlar arasında isə hər iki
yarım 9 oyununun 7-sində qalib olaraq 2-ci yerləri qazanmışdır.
Onun müəllimi Ağamalıyeva Sənubər, məktəbin direktoru Həsənov
Eyyubdur.

Teqlər: