Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bu günə kimi Bakı və Sumqayıt üzrə “Signify” şirkəti tərəfindən bir çox küçə və prospektlər işıqlandırılaraq vətəndaşların istifadəsinə verilib.
Bu barədə AzerTimes-a Bakı Abadlıq Xidmətindən bildiriblər.
Qeyd olunub ki, hazırda bu işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda Cənab Prezindent İlham Əliyevin göstərişi ilə regionlar üzrə küçə və prospektlərin işıqlandırılması həyata keçiriləcək:
“İlk dəfə Cənab Prezident İlham Əliyev “Signify” – əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatla 2019-cu ildə Davosda görüşüb. Həmin zaman Bakı Şəhər İcra Hakimiyyəti “Signify” şirkəti ilə birgə fəaliyyət haqqında memorandum imzalanmışdır. Sənəddə Bakının işıqlandırılması nəzərdə tutulsa da, məhz Cənab Prezidentin göstərişi ilə buraya Sumqayıt da əlavə edildi. Memorandum imzalandıqdan bir müddət sonra 2020-ci ilin əvvəlindən artıq nəzərdə tutulan layihələrə start verildi. Bakı üzrə 11 rayonun işıqlandırılmamış küçə və prosepektləri işıqlandırıldı. Sumqayıtda da bu işlər baş tutdu və burada da şəhərin özü, mikrorayonlar və ətraf kəndlər işıqlandırıldı.
Bu zaman ərzində tamamiilə işıqlanma olmayan yollar sıfırdan işıqlandırıldı. Yeni kabel xətləri çəkildi, transformatora qoşudu və yeni işıq dirəkləri quraşdırıldı”.
Qurumdan “Signify” işıqlandırlma sisteminin üstünlükləri barədə də məluamt verilib: “”Signify” işıqları mövcud olanlardan ilk öncə onun ilə fərqlənir ki, bu işıqlar leddi və hər kəsə məlumdur ki, led işıqlar elektrikə qənaət edir. Biz müqayisə üçün də, ənənəvi və “Signify” işıqlarını quraşdırıb bir aylıq sayğaca qoşduq. Yekunda əmin olduq ki, bu işıqlar ənənəvi işıqlardan 50 faiz qənaətçildir. Bundan əlavə bu işıqların servis xidmətinə elə də tez-tez ehtiyac duyulmur, çünki “Signify” ömrü kifayət qədər çoxdur. İşıqları tez xarab olan məhsul deyil, şirkət də öz məhsullarına 7 il zəmanət verir. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, bu işıqlar vahid idarəetmə sistemi ilə quraşdırılır”.
Bakı Abadlıq Xidmətindən əlavə olaraq qeyd olunub ki, bölgələrdə aparılacaq işlər yaxın zamanlarda start veriləcək:
“Hər kəsin bildiyi kimi, Cənab Prezindent İlham Əliyev may ayının 24-də “Signify” şirkətin baş icraçı direktoru Erik Rondolat ilə görüşdülər. Görüş zamanı hər iki tərəf görülən işlərdən məmnun olduqlarını bildirdilər. Ölkə rəhbərinin də tapşırıqlarından biri o oldu ki, əlavə olaraq bu işlər reginonlar üzrə də həyata keçirilsin. Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Şirvan və Lənkəran şəhərlərində də işıqlandırılmamış küçələrdə işlər aparılacaq. Ötən gün də bu işlərlə bağlı üçtərəfli BŞİH, şirkət və BAX müqavilə imzalandı. Qısa bir müddət ərzində də bu işlərə start veriləcək”.