7 günlük karantin hansı andan hesablanır?

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda koronavirusun aşkarlanması üçün götürülən analiz
nümunələrinin nəticələri bəzən bir günə bəlli olsa da, 3-4 gün
gecikmələr də müşahidə olunur. Test cavabları aydın olana qədər
müddət ərzində isə yoluxmuş şəxs ictimai məkanlarda olur və bu
səbəbdən yoluxma sayında artım müşahidə edilir.

Bəs karantin müddəti necə təyin olunur və hansı andan etibarən
hesablanır?

Məsələ ilə bağlı TƏBİB-dən Trend -in soruğusuna cavab olaraq bildirilib ki,
vətəndaşların özlərini təcrid müddəti test verilən gündən
hesablanır.

“Şəxsin COVID-19-a yoluxduğu gündən test verdiyi dövrədək olan
vaxt karantin müddəti hesab edilmir”, – deyə qeyd olunub.


İnfeksionist Mərdan Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki,
vətəndaşlara test verdikdən sonra cavab çıxan müddətə qədər hər
hansı bir məhdudiyyət qoyulmadığı üçün onlar rahat şəkildə ictimai
yerlərdə gəzirlər və digər sağlam insanları da yolxudururlar.

“Testin nəticələrinin gec məlum olmasının obyektiv səbəbləri
var. Çünki PCR aparatlarının sayı məhduddur və indi yoluxanların,
analiz verənlərin də sayı çox olduğu üçün növbələşdirilirək cavab
verilir. Belə olan halda da gecikmələr baş verir. 4-5 gün ərzində
yubanma olması yoluxma sayını artıra bilir. Lakin bu obyektiv
haldır və qarşısını almaq biraz çətindir. Ancaq vətəndaşların fərdi
şəkildə maarifləndirilməsi ilə buna nail olmaq olar. Əgər vətəndaş
özünü xəstə hiss edirsə, ictimai yerlərə getməməli, maska taxmalı
və gigiyenik qaydalara riayət etməlidir”, – deyə o əlavə edib.

Teqlər: