7 aydan sonra fəaliyyətə başlayan Bakı metrosu (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ötən ilin oktyabrından fəaliyyətsiz qalan Bakı metropoliteni bu gün səhər saat 06:00-dan öz qapılarını vətəndaşların üzünə açıb.

AzerTimes-ın məlumatına görə, bnunla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Lakin həftə sonları – 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.


Uzun aradan sonra fəaliyyətini bərpa edən Bakı metrpoliteninin ilk günündən fotoreportajı təqdim edirik.

Teqlər: