699-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

699-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 699-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 089 PUA-sı, 451 zenit-raket kompleksi, 14 743 tank və digər zirehli texnikası, 1 205 reaktiv yaylım atəş sistemi, 7 830 artilleriya və minaatanı, 17 751 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: