698-ci gün: Rusiyanın itkiləri açıqlandı

698-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 698-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 376 860 hərbçi, 6 192 ədəd tank, 11 489 ədəd zirehli döyüş maşını, 8 896 ədəd artilleriya sistemi, 968 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 657 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 891 ədəd avtomobil texnikası, 6 961 ədəd PUA, 1 819 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 397 xüsusi avadanlıq itirib.

Teqlər: