689-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

689-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 689-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 641 PUA-sı, 448 zenit-raket kompleksi, 14 588 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 704 artilleriya və minaatanı, 17 376 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: