664-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

664-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 664-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 553 təyyarəsi, 259 helikopteri, 9867 PUA-sı, 442 zenit-raket kompleksi, 14 177 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 397 artilleriya və minaatanı, 16 453 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: