658-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

658-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 658-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9661 PUA-sı, 442 zenit-raket kompleksi, 14 026 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 322 artilleriya və minaatanı, 16 263 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: