610-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

610-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 610-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 515 təyyarəsi, 253 helikopteri, 8298 PUA-sı, 441 zenit-raket kompleksi, 12 950 tank və digər zirehli texnikası, 1169 reaktiv yaylım atəş sistemi, 6888 artilleriya və minaatanı, 14 672 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: