607-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

607-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 607-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 508 təyyarəsi, 253 helikopteri, 8176 PUA-sı, 441 zenit-raket kompleksi, 12 882 tank və digər zirehli texnikası, 1169 reaktiv yaylım atəş sistemi, 6853 artilleriya və minaatanı, 14 583 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: