“20 Yanvar” stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib.