594-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

594-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 594-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 487 təyyarəsi, 250 helikopteri, 7668 PUA-sı, 441 zenit-raket kompleksi, 12 448 tank və digər zirehli texnikası, 1161 reaktiv yaylım atəş sistemi, 6700 artilleriya və minaatanı, 13 985 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: