585-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

585-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 585-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 483 təyyarəsi, 250 helikopteri, 7314 PUA-sı, 439 zenit-raket kompleksi, 12 247 tank və digər zirehli texnikası, 1159 reaktiv yaylım atəş sistemi, 6611 artilleriya və minaatanı, 13 656 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: