578-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

578-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 578-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 477 təyyarəsi, 250 helikopteri, 7082 PUA-sı, 438 zenit-raket kompleksi, 12 104 tank və digər zirehli texnikası, 1155 reaktiv yaylım atəş sistemi, 6515 artilleriya və minaatanı, 13 397 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: