557-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

557-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 557-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 467 təyyarəsi, 247 helikopteri, 6352 PUA-sı, 435 zenit-raket kompleksi, 11 634 tank və digər zirehli texnikası, 1147 reaktiv yaylım atəş sistemi, 6197 artilleriya və minaatanı, 12 660 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: