554-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

554-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 554-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 466 təyyarəsi, 247 helikopteri, 6266 PUA-sı, 434 zenit-raket kompleksi, 11 578 tank və digər zirehli texnikası, 1147 reaktiv yaylım atəş sistemi, 6145 artilleriya və minaatanı, 12 570 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: