Bir ay ərzində www.kobmarket.az portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb. Sahibkarlar tərəfindən portala 700 adda məhsul yerləşdirilib.
www.kobmarket.az portalı sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin onlayn satış imkanlarının genişləndirilməsi və məhsullarını geniş alıcı auditoriyasına tanıtması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur. Qeydiyyat prosesi sadədir, sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir.
Sahibkarlar www.kobmarket.az elektron ticarət portalında qeydiyyatdan keçməklə qısa müddət ərzində onlayn mağazasını aça və məhsullarını burada yerləşdirməklə satış imkanlarını genişləndirə bilərlər.