55 il sonra Zəfər yolu ilə Şuşaya Zəfər qurultayına gəldim – Hacalı Nəcəfoğlu

Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayından Qarsa
çox xoş təəssüratlala döndüm. Bu qurultayın əvvəlkilərdən ən böyük
fərqi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında müzəffər
Azərbaycan Ordusunun 28 illik əsarətdən qurtardığı Şuşada
keçirilməsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bu
sözləri Qars Qafqaz Universitetinin müəllimi, Prof. Dr. Hacalı
Nəcəfoğlu deyib.

O, Şuşada sonuncu dəfə 1967-ci ildə olduğunu söyləyib: “55 il
sonra Zəfər yolu ilə Şuşaya Zəfər qurultayına gəldim. Möhtərəm
Prezidentimiz İlham Əliyevin qurultaydakı proqram xarakterli
çıxışında dediyi sözlər hələ də qulaqlqrımda səslənir. Bundan sonra
Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra
bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük
xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan
vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. 55 ildən
sonra azad Qarabağa, azad Şuşaya gəldiyim, Diasporla İş üzrə Dövlət
Komitəmizin möhtəşəm təşkilatçılığı ilə düzənlədiyi Zəfər
qurultayında iştirak etdiyim üçün özümü bəxtiyar hiss edirəm.
Möhtərəm Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalıyla təltif
olunmağım mənim Vətən qarşısında məsuliyyətimi daha da artırır. Bu
xoşbəxtliyi mənə yaşadan Prezidentimizə, Dövlət Komitəsi
rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Professorun fikrincə, Zəfər qurultayı Azərbaycan diasporunun
tarixində yeni bir mərhələnin başlanğıcıdır: “Bu qurultay onu
göstərdi ki, Azərbaycan nəinki siyasi sərhədlərinə, hətta
mədəniyyət sərhədlərinə belə sığmır. Bu sərhədlər içində və
xaricində yaşayan azərbaycanlılar alnı açıq, üzü gülər, başı dik
yaşayırlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi
hədəflərə çatmaq üçün diaspor təşkilatlarımızın fədakarlıqla
çalışacağına, 44 günlük muharibə dövründə olduğu kimi,
post-müharibə dönəmində də Prezidentimizin rəhbərliyi altında
xalqımızın milli birliyimizi qoruyacağına inanıram”.

Teqlər: