546-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

546-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 546-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 462 təyyarəsi, 246 helikopteri, 5970 PUA-sı, 431 zenit-raket kompleksi, 11 457 tank və digər zirehli texnikası, 1144 reaktiv yaylım atəş sistemi, 6011 artilleriya və minaatanı, 12 390 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: