531-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

531-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 531-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 458 təyyarəsi, 245 helikopteri, 5565 PUA-sı, 428 zenit-raket kompleksi, 11 185 tank və digər zirehli texnikası, 1144 reaktiv yaylım atəş sistemi, 5803 artilleriya və minaatanı, 12 137 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: