Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Eldəniz Nəbiyev deyib ki, Vilyam
Hacıyevlə şəxsi tanışlığı olmasa da, onu icra başçısı kimi
tanıyıb.
“Məndən heç kim heç nə tələb etməyib. Fermer təsərrüfatı ilə
bağlı torpaq sahəm var idi. Onunla bağlı məhkəmə arayış tələb
elədi. İcra Hakimiyyətinə müraciət etdim. Arayış verdilər. Sonra
dedilər ki, köməklik lazımdı. Mən də öz xoşuma 3 min manat köməklik
etmişəm. Heç kim məndən pul tələb etməyib”,- şahid bildirib.
Digər şahid Fariz Əliyev isə qeyd edib ki, rayonda əkinçiliklə
məşğul olur:
“Eşitdim ki, rayonda torpaq paylanılır. Getdim baxdım ki, əkinə
yararlı yerdir. İcra Hakimiyyətinə müraciət etdik, hüquqşünas dedi
ki, pul köçürülməlidir. Mən də gəldim, 500 hektar torpaq sahəsinə
görə Cəmilə 80 min manat verdim”.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.