500-ə yaxın azərbaycanlı Ukraynadan quru yolla Moldovaya keçə bilib – Diaspor

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu
ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Moldova
Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, son
3 gündə təxminən 500 azərbaycanlı Moldova ərazisinə keçib.


“80-100 nəfərlik qrup yığılır. Səfirliklə birlikdə avtomobillər
təşkil edərək onları Kişinyova gətirib, yerləşdiririk. Hazırda
Moldovadakı səfirliyimiz viza problemləri ilə məşğuldur.
Rumıniyadan İstanbula uçuş var. Azərbaycan vətəndaşlarının uçması
üçün viza lazımdır. İşlərə davam edirik”.

Teqlər: