50 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlayır – Qeydiyyat bu cür aparılır (VİDEO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Vaksinasiya strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Sabahdan etibarən 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən AzerTimes-a verilən birgə məlumata görə, sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeydiyyatdan necə keçməsi ilə bağlı aşağıdakı videodan tanış ola bilərsiniz.

Teqlər: